Regionda yeni platforma qurulur
16 Dekabr 2020 12:33 Siyasət"Regionda yeni geosiyasi, geoiqtisadi bir platforma qurulur. Azərbaycanın Qarabağ münaqişəsində uğurlu hərbi əməliyyatları Cənubi Qafqazda tarixi bir dönüşə imza atdı". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bununla paralel Türkiyə-Azərbaycan birgə müttəfqiliyi əsasında Ankara bölgədə öz varlığını təsis etdi: "Məhz noyabrın 10-da Bakıda Zəfər paradında Türkiyə və Azərbaycan prezidentlərinin birgə iştirakı və buradan verilən mesaj İranda ciddi narahatlıq yaratdı. İran Cənubi Qafqazda Türkiyənin varlığını qəbul etmir və bunu öz mövqeyinin regionda zəifləməsi kimi qiymətləndirir. Halbuki, Bakıda verilən mesajda regionun geosiyasi-geoiqtisadi palatformasında İranın da rol ala biləcəyi ümumi tezislərlə qeyd edilmişdi. Amma, İran tamam bir rakursda öz narahatlığını Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsi fonunda verdi".