Qarabağda SON VƏZİYYƏTİ Konaşenkov açıqladı
15 Dekabr 2020 11:03 SiyasətDağlıq Qarabağda bütün təmas xətti boyunca atəşkəsə riayət müşahidə olunur.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.
"Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Atəşkəs rejimi bütün təmas xəttində müşahidə olunur", - o deyib.
Qeyd edək ki, 11 dekabrda Xocavəndin Ağoğlan (Hadrut) qəsəbəsində təxribat qeydə alınmış, nəticədə hər iki tərəfdən ölü və yaralılar olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31