Rusiyanın erməni əsilli suriyalıları Qarabağa göndərdiyinə dair faktlar əldə olunub.

"Suriyalılar üçün Həqiqət və Ədalət Uğrunda" (STJ) təşkilatı Rusiyanın erməni əsilli suriyalıları Qarabağa göndərdiyinə dair faktlar əldə  edib.

Olaylar.az Haberglobla kanalına istinadən xəbər verir ki,  təşkilat erməni mənşəli döyüşçülərin Qarabağa göndərilməsi ilə bağlı məlumatlar yayıb.

STJ-nin araşdırmalarındakı xəbərlərə və şahidlərin sözlərinə görə  "Haftar" sıralarında döyüşmək üçün Liviyaya muzdlular göndərən Rusiya II- Qarabağ müharibəsi zamanı Suriyayadakı erməni əsilli döyüşçüləri Qarabağa göndərib. Sentyabr-oktyabr aylarında Azərbaycan ordusuna qarşı döyüşmək üçün əsgərlərin maaşları Rusiya tərəfindən ödənilib.

Döyüşçülər 5 uçuşda, ilk ikisi 19-22 sentyabr, digərləri 12, 21 və 17 oktyabrda Qarabağa göndərilib. Oktyabrın 21-də 37 erməni əsilli döyüşçü Ermənistana və oradan da Qarabağa göndərilib .Döyüşçülərin pul qarşılığında Liviyada döyüşmək üçün proqrama yazıldıqları bildirilsə də  ailələrinin açıqlamalarına görə, son anda Ermənistana göndəriliblər.

Bir əsgərin anasının sözlərinə görə "Pula çox ehtiyacımız var idi, buna görə oğlum S.Əl-Hərbi bürosunu Əl Harbi Briqadasına qoşulmaq üçün çağırıldı. Orada maaşdan danışdılar və onu Liviyaya aparacaqlarını dedilər. Sonra isə oğlumun və digərlərinin Ermənistanda döyüşçü çatışmazlığından oraya göndərildiklərini söylədilər".

Hesabatda cəbhədə ölən və yaralananların sayı göstərilməsə də, Humus Hərbi Xəstəxanasında növbətçi olduğu iddia edilən bir tibb işçisi son 3 ayda ölən əsgər sayının 35 olduğunu iddia edib.

Erməni mənşəli muzdluların Deyr əz-Zor və Humusdan olduğu bildirilsə də, demək olar ki, hamısı 5-ci Legionun üzvləri idi. chr("39")Pələng Qüvvələrichr("39") olaraq da bilinən 5-ci Legionun üzvləri Əsəd qüvvələrinin bir hissəsi olmasına baxmayaraq, Rusiya qüvvələri tərəfindən idarə olunduğu bilinir. Liviyada döyüşməyə göndərilən qüvvələrin, şəffaf şəkildə idarə edilmədiyi bildirilən müddətdə II Qarabağ müharibəsi başladığı zaman Rusiya tərəfindən Qarabağdakı erməni qüvvələrini dəstəkləmək üçün göndərildiyi bildirilib.

Azərbaycan ordusuna qarşı vuruşan muzdluların cəsədləri yenidən Suriyaya göndərilib. 15 Suriyalı muzdlu cəsədinin sentyabr və oktyabr aylarında geri göndərildiyi və təxminən 40 yaralı əsgərin Homsdakı hərbi xəstəxanada müalicə alındığı qeyd edilib.

Mənbə: Haberglobal

https://haberglobal.com.tr/dunya/suriye-deki-ermeni-kokenli-savascilarin-karabag-a-yollandiklari-ortaya-cikti-82688

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31