Peskovdan Hadrut açıqlaması

Dağlıq Qarabağda narahatlıq doğuran vəziyyət yaşandı, amma tez bir zamanda qarşısı alındı.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov vəziyyətlə bağlı az məlumata sahib olduğunu qeyd edib: "Prosesi izləyirik. Həqiqətən, bu, sülhməramlılarımız üçün əlavə yükdür. Əlaqə çox operativ şəkildə həyata keçirildi. Təmin edə biləcəyimiz məlumatlar bu qədərdir".

Dekabrın 11-də Ağoğlan bölgəsinin Çaylaqqala və Köhnə Tağlar kəndləri yaxınlığında Azərbaycan-Ermənistan arasındakı atəşkəs pozulmuşdu.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31