Rusiya sülhməramlıları nədən “qırmızı xətti” keçir?
14 Dekabr 2020 12:37 Siyasət"Yenilənmiş xəritə" oyunu hansı məqsəd daşıyır?
Son günlər Dağlıq Qarabağda baş verən hadisələr Azərbaycan ictimaiyyətinin narahatçılığına səbəb olub. Daha doğrusu, Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının noyabrın 11-də Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən razılaşdırılmış bəyənata zidd hərəkətləri birmənalı qarşılanmayıb. Belə ki, bölgədə sülh və əminmalıq yaradılması məqsədilə baş verə biləcək qarşıdurmanı aradan qaldırmaq missiyasını üzərinə götürən Rusiya sülhməramlıları heç bir ay keçməmiş "qırmızı xətti" aşıblar. Başqa sözlə, Rusiya sülhməramlıları Qarabağda nəzarət etdikləri ərazilərdə özfəaliyyət yaratmaqla kifayətlənməyərək nəzarət zolağını genişləndirmək yolu seçiblər. Belə məlum olur ki, Rusiya sülhməramlıları beynəlxalq hüquqla tanınmış ərazilərimizi Azərbaycan qanunları ilə deyil, öz istədikləri kimi idarə edirlər. Məhz bu özbaşnalığın nəticəsidir ki, Rusiya sülhməramlıları nəzarət edəcəkləri ərazini genişləndirmək məqsədilə "yenilənmiş xəritə" təqdim ediblər. Heç şübhəsiz ki, bunun üçün erməni silahlı dəstələrindən vasitə kimi istifadə edilib ki, bunu da birmənalı olaraq təxribatdan başqa adı yoxdur. Fikir verin: Əvvəlcə erməni mediası Köhnə Tağlar kəndi ətrafında silahı "qəhrəman partizanların" olduğunu təbliğ edir, ardınca Ermənistan rəsmiləri və Rusiya sülhməramlıları isə onların "azdığı", "mühasirəyə düşdüyü" iddiası ilə bu silahlıların ərazidən çıxarılmasına şərait yaradılmasını istəyir. Azərbaycan Ordusu bu şəraiti yaratdı və onlardan 10 noyabr Bəyanatına uyğun olaraq, ərazidən çıxması tələb olundu. Ancaq aradan keçən müddət ərzində nəinki onlar ərazidən çıxmadılar, əksinə, Azərbaycan Ordusuna qarşı terror hücumu təşkil etdilər. Bu terrorçuların dərhal ərazidən çıxarılması tələbinə cavab verilmədiyi üçün 11 dekabrda DTX anti-terror əməliyyatı həyata keçirərək, Köhnə Tağlar və Çaylaqqala kəndlərini nəzarət altına götürdü, daha sonra isə Böyük Qaladərəsi və Kiçik Qaladərəsi istiqamətindəki terrorçulara xəbərdarlıq edir. Ermənistan dərhal Rusiya sülhməramlılarına müraciət edir, nəticədə Rusiya sülhməramlıları dərhal ərazidə yerləşərək hər iki tərəfə atəşkəsə riayət olunması ilə bağlı tələb irəli sürür. Bunun ardınca isə həm Rusiya MN, həm də bölgədəki rus sülhməramlıları "10 noyabrdan bəri ilk dəfə baş verən atəşkəs pozuntusu"nun qarşısının alındığını, vəziyyətin stabilləşdiyini elan edir. Daha sonra Rusiya Müdafiə Nazirliyi sülhməramlıların yerləşməsi üçün 11 noyabrda elan etdiyi və 25 noyabrda "dəqiqləşdirdiyi" xəritəni "yenilədi" (xəritələr təqdim edilir). Yeni "xəritədə" rus sülhməramlılarının artıq Köhnə Tağlar və Çaylaqqala ərazilərinə qədər gəldiyi, burada yerləşəcəyi bildirilir. İndi özünüz fikirləşin, baş verənlər düşünülmüş şəkildə hazırlanmış ssenarinin icrası deyilmi?
Məlumat üşün qeyd edək ki, bu hadisə müharibə başa çatdıqdan sonra baş verən ilk təxribat deyil. Belə terror hücumunun biri noyabr ayının 26-da Xocavənd rayonunun Sur kəndində xidmət aparan əsgərlərimizə qarşı törədilib. Ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralanıb. Növbəti terror hücumu isə dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı edilib. Bu zaman da 1 hərbi qulluqçumuz şəhid olub, "Azercell" şirkətinin əməkdaşı isə ağır yaralanıb. Heç şübhəsiz ki, Rusuya sülhmərmalılarının xeyir-duası ilə erməni silahlı birləşmələri tərəfindən ardıcıl baş verən terror hücumları Azərbaycana bir mesajdır ki, "hanradasa sülhməramlılar yerləşdirilməyibsə orada təxribatlar baş verəcək". Qeyd edək ki, Rusiya tərəfindən bu istyin reallaşdırılması məqsədilə Azərbaycana qarşı təzyiqlər açıq-aşkar şəkildə müşahidə olunmaqdadır. Bu arada Rusiyanın Azərbaycan pomidoru və almasının idxalına qadağa qoyulmasını heç də təsadüfi hesab etmək olmaz. Görünən ondan ibarətdir ki, Rusiya bütün siyasi, iqtisadi və hərbi imkanlardan yararlanmağa çalışır ki, Qarabağdakı sülhməramlıların nəzarət zonasını genişləndirsin. Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxması bunu bir daha təsdiq etmiş olur.
Maraqlıdır, Rusiya sülhməramlıları hansı hüquq, hansı statusdan istifadə edərək xəritə tərtib edir, üstəlik onu qəbul etməkdən ötrü dövlətlərə təzyiq göstərir? Əslində nəzarət zonası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında dəqiqliyi ilə əksini tapıb. Belə halda xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar, əks halda onlara ərazini tərk etmək tələbi iarəli sürülə bilər. Buna Azərbaycan ictimaiyyətinin tam haqqı çatır, beynəlxalq qanunvericilik və üçtərəfli bəyənat hüquqi baza yaradır. Bu isə o anlama gəlir ki, əgər Rusiya sülhməramlıları hərbi təxribat vasitəsilə səlahiyyətini aşsa, Azərbaycan dövlətinin adekvat addımlar atmaqdan başqa yolu qalmır. Nəzərə almaq lazımdır ki, Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır. Üstəlik Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir. Ən azından bu məqamlar nəzərə alınaraq Rusiya sülhməramlıları Azərbaycan xalqının heysiyyatı ilə oynamağa son qoymalıdır. Əks halda inkişaf etməkdə olan dövlətlətarası münasibətlərdə ciddi karrektə etmək zərurəti yarana bilər.
Alim
Olay