Rusiya MN-dən Laçın dəhlizindəki son vəziyyətlə bağlı Açıqlama
14 Dekabr 2020 10:17 SiyasətRusiya sülhməramlı kontingentinin əsgərləri Laçın dəhlizindəki nəzarət məntəqələrində təhlükəsizliyi təmin etməyə davam edirlər.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətrafı hərtərəfli müşahidə etmək üçün hazırlanmış "yoxlama məntəqəsi" istehkamları ilə təchiz edilib.
Qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Onlar həmçinin, mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizindən keçməsini, qida və müxtəlif malların daşınmasını təmin edir, infrastruktur obyektlərinin bərpası üçün tapşırıqları yerinə yetirən təmir qruplarını müşayiət edir və onların təhlükəsizliyini təmin edirlər. (qafqazinfo)




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31