Zəfər Paradından sonrakı sözardı

Andrey Zubov-rus tarixçisi

Bir ay öncə Cənubi Qafqazda atəşkəs haqqında razılıq əldə olunanda mübahisə yarandı -Türkiyənin bu atəşkəsə zəmanəti Rusiya ilə bərabər olacaq ya olmayacaq? Rusiya deyirdi ki, olmayacaq, Türkiyə isə söyləyirdi ki, olacaq. Və görünən bu oldu ki, Türkiyə artıq zəmanətdir.

Yola saldığımız bir ay göstərdi ki, Putin səhv etmişdi, Ərdoğan isə haqlı çıxdı.

Türkiyə Cənubi Qafaqazdakı vəziyyətə zəmanət oldu. Lakin əsas sual "Asayişin də zaminimi?" olmasıdır.

Mən guya Türkiyənin və Azərbaycanın indi hər an Ermənistanı bitirməyindən, yeni müharibə başlanacağı təqdirdə 48 saat ərzində İrəvana girməsindən ehtiyatlanan ermənilərin qorxusunu heç də bölüşmürəm. Nə Azərbaycan, nə də Türkiyə bu addıma getməz. Onların maraqları dünya birlikləri ilə bağlıdır, Türkiyə NATO üzvüdür. Ermənistana qəzəbi Türkiyəni də, Azərbaycanı da dünyada tutduqları yerlərinin bahasına başa gələr, onlar qaçqın ölkələrə çevrilərlər. Buna görə belə şeyə getməyə hazır deyillər və getməzlər.

Əgər İrəvandakı qızğın başlar Paşinyanı devirib revanşa nail olmağı istəməsələr, müharibənin qaynar mərhələsinin böyük ehtimalla uzun müddətliyə bitməsini söyləmək olar. Əks halda, Ermənistan üçün sonuc həqiqətən də sürətli və tamamilə məhvedici olar. Lakin ermənilər belə eksperimentə qərar verməmək üçün ağıllıdırlar. Onlar artıq anlayıblar ki, özlərinin yerinə heç kəs döyüşməyəcək. Nə Rusiya, nə Fransa, nə Tramp, nə də Bayden - heç kəs. Amma Azərbaycan uğrunda Türkiyə savaşacaq. İndi artıq bu da aydındır.

Rusiya Azərbaycanı itirdi. Valerian Zubovun Xəzər yürüşü və general Paskeviçin işğalları ilə başlayıb 1920-ci ilin aprelində bolşeviklərin Samur çayını keçməsi ilə bərpa olunan dövr - bu iki yüz illik dövr bitdi.

Azərbaycan Rusiyanın daha bir hissəsi deyil və Rusiyanın satelliti deyil.

Ərdoğan güc toplayır və dünya şahmat taxtasında Putinin ona tamamən uduzduğunu deməyə bütün əsaslar var.

Özü də bu məğlubiyyət hələ indi hiss olunmağa başlayır. Axı Azərbaycanın ardınca Dağıstan, Çeçenistan, Kabardin, Adıgey, Krım görünür... Bəli, Ərdoğanın Rusiyaya məxsus kimi tanımadığı və heç zaman da tanımayacağı həmin Krım. Ərdoğanın beynəlxalq hüquq prinsiplərinə çox sadiq qaldığına görə yox, ona görə ki, Krımın yerli əhalisi onunla eyni dildə - türk dilində danışır və Yekaterinanın müharibələrinədək Krım 350 il Osmanlı imperiyasının bir hissəsi olub.

Bakıdakı parad Ermənistan üzərindəki qələbədən daha çox Rusiya üçün tərkibində artıq ona yer olmayan yeni geosiyasi birliyin bayramıdır. "XX əsrin böyük fəlakəti - dağılmış SSRİ"-yə həsrəti inkişaf etdirmək xəttini seçmiş Putinin bu səhvi 15 ildən sonra onu tam dalana dirədi. Həmin bu keçmiş SSRİ ölkələri sadə bir səbəblə bir-birinin ardınca buradan uzaqlaşırlar, çünki ORADA daha yaxşıdır - həm zənginlik, həm də gələcək var. Azərbaycan kimisinə Türkiyə ilə, Moldova, Ukrayna, yeni Belarus kimilərinəsə Avropa ilə yaxşıdır.

Tərcümə edib Arzu Qazıyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31