Efiopiya mətbuatında ulu öndər Heydər Əliyev haqqında məqalələr Dərc edilib 

Efiopiyanın aparıcı "The Reporter" və "Addis Admas" qəzetlərində Amhar dilində dərc edilən məqalələrdə ümummilli lider Heydər Əliyevin tarixi xilaskar missiyası barədə məlumat verilir.

Məqalələrdə xalqının israrlı təkidi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə sabitlik və təhlükəsizliyin bərqərar olunduğu və respublikamızın müstəqilliyinin qorunduğu bildirilir.

Həmçinin qeyd olunur ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli qərarları nəticəsində "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi və digər nəhəng dünya miqyasında strateji əhəmiyyətə malik olan layihələr həyata keçirilib.

Məqalələrdə ümummilli lider Heydər Əliyevin hər zaman xalqına bağlı olduğu və həyatını məhz öz xalqına həsr etdiyi vurğulanır və dahi şəxsiyyətin adının Vətənə sədaqət rəmzinə çevrildiyi və Azərbaycan xalqının onun xatirəsini hər zaman böyük sevgi və ehtiramla yad etdiyi qeyd olunur.

AzərTac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31