Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
12 Dekabr 2020 12:17 SiyasətAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında ümummilli lider Heydər Əliyevin vəfatının 17-cü ildönümü ilə əlaqədar paylaşım edib.
Olaylar.az xəbər verir ki, Mehriban Əliyeva yazıb:
"Bu gün - 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31