Ziyafət Əsgərov: "28 il həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi”
11 Dekabr 2020 11:46 Siyasət"Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatları başlamışdı. Bundan sonra Prezident İlham Əliyev bütün ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzaladı və bu fərmanı Milli Məclisə göndərdi"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin dekabrın 11-də keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib. Deputat bildirib ki, Ali Baş Komandanın döyüş əmrlərini icra edən Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi: "Ordumuz 44 gün ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsinə nail oldu. Nəticədə Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazandı. 28 il həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Yeni tarixi mərhələnin başlaması fonunda Prezident İlham Əliyev 7 dekabr tarixində hərbi vəziyyətin ləğv edilməsi barədə fərman imzalayıb".