Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.

PUA-ları daşıyan avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib.

Paradda Azərbaycanın istehsal etdiyi "İtiqovan" zərbə PUA-ları nümayiş olunub.

Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan "Bayraktar" və "Harop" Azadlıq meydanına daxil olub.

https://youtu.be/xJmbo4S2YuY

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31