Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsi ilk dəfə nümayiş etdirilib - Video

Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi təyinatlılarını da iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsi olan YARASA xüsusi təyinatlıları Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsində fəal iştirak edib. Üstəlik, bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Onlar  Qubadlıya ilk ayaq basanlardandır.

YARASA döyüşçüləri orden və medallarla təltif ediliblər.

https://youtu.be/38pRAl5lVsY

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31