Zəfər paradında Azərbaycanın ən müasir texnikaları nümayiş etdirilib
10 Dekabr 2020 14:40 SiyasətVətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı davam edir.
Paradda xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub.
Kalona "Qarabağ" ordenli general-leytinant Nizam Osmanov başçılıq edib
Qələbə paradında Azərbaycan Ordusunun 150-dək hərbi texnikası nümayiş etdirilir
Onlar arasında silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər var.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradeda iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31