Komitə sədri: “Qələbə qarşımızda yeni çağırışlar qoyub”
10 Dekabr 2020 13:53 Siyasət" Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti həm hərbi, həm siyasi, həm də diplomatik cəbhədə mühüm və böyük tarixi zəfər əldə edib. Qarabağda düşmənin beli qırılıb, başı əzilib. Ermənistan işğalçı ordusunun şəxsi heyətinin mühüm hissəsi məhv edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, Azərbaycanın qalibiyyət əldə etməsində iqtisadi potensialın çox ciddi rolu olub. İqtisadi güc qələbələrə və hərbi gücə transformasiya olunub. Qələbə qarşımızda yeni çağırışlar qoyub. Tahir Mirkişili deyib ki, biz Milli Məclis olaraq, qanunverici orqan olaraq qarşımızda duran əsas çağırışlara - yeni qanunların qəbulu, mövcud qanunların təkmilləşdirilməsi və yeni mexanizmlərin işlənib hazırlanmasına təşəbbüs göstərməliyik: "Əminəm ki, Azərbaycan dövlətinin bundan sonra da güclənməsi, ölkə Prezidentinin qarşıya qoyduğu hədəflərə nail olunması üçün çağırışlar istiqamətində əlimizdən gələni edəcəyik".