Vitse-spiker: “Azərbaycan xalqı ən uca anını yaşayır”

"Qalib millətin övladıyam. Dünyada başını dik tutmağı bacaran bir millətin nümayəndəsi kimi burada dayanmışam. Tariximizin bu gündən uca ikinci bir anı olmayıb".  "Olaylar" xəbər verir ki, bunu Azərbaycanda keçirilən Zəfər paradına qatılan millət vəkili, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib. Vitse-spiker bildirib ki, vaxtilə Cümhuriyyət Azərbaycan dövlətini elan edib. Amma uğursuz bir sonluqla bitib: "Düzdü, bizim üçün bir dövlət, paytaxt qoyub getdilər, amma onu görə bilmədilər. Onlar da mayın 28-də bu ruhu yaşamaq istəyirdilər. Bir azdan isə hər bir Azərbaycan insanı himnin sədaları altında paradı izləyəcək. Azərbaycan xalqı ən uca anını yaşayır. Bir azdan Ali Baş Komandan fateh obrazında bura gələcək. Azərbaycanın güvən yeri olan Türkiyə prezidenti Ərdoğanla birgə onların qoşa dayanması dünyanı məhvərindən oyadacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31