General Rövşən Əkbərovdan açıqlama: "Hazırda ordu ilə heç bir əlaqəm yoxdur"
10 Dekabr 2020 11:36 SiyasətVətən Müharibəsinə başlayandan sonra tanınmış general Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.
Olaylar.az xəbər verir ki, Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov gununsesi.info-ya açıqlamasında bu məlumatı təsdiqləyib.
R.Əkbərov ətraflı danışmayacağını bildirərək hərbi xidmətdən uzaqlaşdırıldığını deyib: "Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31