Zəfər qalibiyyətində Azərbaycan xalqının da payı var
10 Dekabr 2020 12:08 SiyasətArif Quliyev: "Xalq prezidentin ətrafında yumruq kimi birləşdi, qələbəni əldə etdi"
44 günlük Vətən müharibəsində dilindən, dinindən, peşəsindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üzərinə düşən vəzifəni layiqincə yerinə yetridi. Vətən qarşısında borcunu yerinə yetirnlər sırasında incəsənət xadimlərimiz də kifayət qədərdir. İndi onların arzusu işğaldan azad edilməş ərazilərimizdə Azərbycan vətəndaşlarının xidmətində dayanmaqdır. Belə sənətkarlardan biri də ürəyi daim Vətən eşqilə döyünən Xalq artisti Arif Quliyevdir. "Olaylar" xalq artisti ilə ekskluziv müsahibəni təqdim edir.
-Arif müəllim, hazırda ölkə koronavirus pandemiyası dövrünü yaşayır. Bütün sahələrdə olduğu kimi incəsənət sahəsində də fasilələr yaranıb. Siz yaradıcılığınızı hansı şəraitdə davam etdirisiniz?
-Hazırda mən təqaüddəyəm. Buna baxmayaraq konronavirus dövründə evdə şəxsi yaradıcılıqla məşğul oluram. Yeni-yeni yumorlar, yeni səhnəciklər hazırlayıram, ara-sıra da telekanallarda çıxışlarım olur. Bütün bunlara baxmayaraq əsas məqsədimiz koronavirusun hamımızın həyatına daxil olmasının qarşısını almaqdır. Çünki bu dövlətə insanlar sağlam lazımdır, biz də bir-birimiz üçün sağlam olmalıyıq. Ona görə də cəmiyyətimiz dövlətimizin bizə olan qayğısını, məsləhətini, həkimlərin tövsiyyələrini nəzərə alaraq sağlamlığına fikir verməlidir. Bunun üçün bir-birimizə və Vətənimizə sağlam lazım olduğumuzu sübut edən atributlardan istifadə etməliyik. Daha dəqiq, koronavirusdan qorunmağın ən sadə yolu olan tibbi maskadan, dizinfeksiya vasitələrindən istifadə etməli, sosial məsafəni gözləməliyik. Düşünürəm ki, bu qaydalara riayət etməklə həkimlərimizə kömək etmiş olarıq, hansı ki, onlar da öz məsləhətləri ilə bizə kömək edirlər. Nə qədər insanlar bu məsləhətlərə qulaq assalar bir o qədər sağlam, o qədər emosional və dəyərli olarlar. Belə təbliğat məsələlərində kütləvi informasiya vasitələrinin də rolu əvəzssizdir. Mənim "Olaylar" qəzetinə böyük hörmətim var. Onun yazılarının önəmliyi, məntiqliyi, dəyəri insanlar üçün çox vacibdir. Bu qəzetin insanların başa düşdüyü dildə yazılar çap etməsini alqışlayıram. Deyirlər indi insanlar qəzet oxumurlar, ancaq mən ona inanmıram. Çünki, əksər insanlar qəzetə böyük maraq göstərirlər. İnsanlar "Olaylar" qəzetində vətəndaşları düşündürən problemlərin, onların həyatənda baş verən hadisələrin düzgün çatdırılmasından çox razıdırlar. O cümlədən, koronavirus pandemiyasına qarşı mübarizədə qəzetinizin təbliğat materialları çox vacibdir.
- Artıq müharibə bitib, Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edib. Bu 44 günlük müharibəni necə dəyərləndirisiniz?
-Bəli, sözün həqiqi mənasında müharibə dövrü bitdi. Prezidentimiz, Ali Baş Komandan da çox gözəl dedi ki, münaqişə artıq bitib, nə qədər mən varam heç bir statusdan, heş bir ayrıseçkilikdən söhbət gedə bilməz. Bizim vətəndaşımız kimi yaşamaq istəyənlər bizim qanunlarımızla yaşamalıdırlar. Heç şübhəsiz ki, bunların hamısı böyük sevindirici haldır. Odur ki, insanları, xalqı qələbə münasibətilə təbrik edirəm. Bizə bu sevinci qismət edən, mərd əsgərlətimizin şücayəti və Ali Baş Komandanın ağıllı, təmkinli, yerində verdiyi qərarlardır. Məlum olduğu kimi müharibə özü bir elmdir, onun özünəməxsus texnikası, taktikası var. Müharibəni elə etməlisən ki, orada uğurli hərbi əməliyyatların nəticəsində qələbə əldə olunsun. Ali Baş Komandan da bunlarlın hamısını nəzərə alaraq bizə qələbə sevincini yaşatdı. Prezident hətta nəzərə aldı ki, canlı qüvvə itkisi az olmaq şərtilə torpaqlarımız işğldan azad edilsin. Bundan fərli olaraq Pşinyan elə deyir ki, insan məhv olsun, təki o istəyinə çatsın. Amma bizim prezidentin təxəyülü, formalaşdırdığı fikir odur ki, Azərbaycan əsgərinin işi adi vətəndaşlarla deyil, onların işi torpaqlarımızı zəbt edən ordu hissələri ilədir. Elə sözün bu yerində şəhid olmuş əsgərlərimizə rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allah şəfa versin. Onların hər biri nə etdisə, Vətən üçün etdi, yaşadıqları torpağa sevgilərindən etdi. Mərdi-mərdanə şəhidlik zirvəsinə yüksəliblər. Bu zirvəni fəth edərək Azərbaycan xalqının üzünü ağardıblar, başını uca ediblər. Prezidentin də dediyi kimi bu qələbə birliyin, xalq-dövlət, xalq-prezident-ordu birliyindən əmələ gələn, xüsusi mahiyyəti olan cəhətlərdən ibarətdir. Bütün şəhid analarına, valideyinlərinə səbr diləyirəm. Onların adı daim bizim qəlbimizdə yer alacaq. Heç şübhəsiz ki, dövlət də onların ailələrinə ən yüksək səviyyədə dəstək olacaq.
-Hazırda Azərbayacan möhtəşəm Zəvər bayramını yaşayır. Bu münasibətlə paytaxtda möhtəşəm parad da təşkil edildi. Qalib ölkənin yaşadığı bu qürurverici anları necə dəyərləndirisiniz?
-Hazırda Azərbaycanda möhtəşəm Zəfər bayramı yaşanır, qalib ölkə Zəfər paradı keçirdi. Biz Zəfər günümüzlə fəxr etməliyik. Çünki rəşadətli Azərbaycan Ordusu məhz həmin gün Şuşanı fəth etdi. Nəzərə almaq lazımdır ki, Şuşa bizim üçün məbədgahdır, zirvədir. Təsadüfi deyil ki, Prezident xalqa müraciətində qeyd etdi ki, Şuşanı azad etməklə atamın arzusunu həyata keçirdim. Şuşa bizim gövhərimiz, bizim briliantımız və zirvə işığımızdır. Bu gövhər məhz əsgər və zabitlərimizin fərdi hazırlığı, fərdi qəhrəmanlıqları hesabına düşmən tapdağından azad olundu. Hər bir küçə, hər bir məhəllə uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsi göstərdi. Dünya hələ də bizim ordunun zəfər qalibiyyətindən heyrətlə danışır. Ordumuzun texniki və taktiki hazırlığı, hərbi qabiliyyəti dünyanı heyran edib. O da etiraf edilməlidir ki, bu Zəfər qalibiyyətində Azərbaycan xalqının da payı var. Xalq prezidentin ətrafında birləşdi, bir yumruq olaraq qalibiyyət əldə etdi. Yekun olaraq xalqımız Zəfər paradı təşkil etdi və naliyyətlərimiz nümayiş olundu. Paradda Azərbaycan Ordusunun müasir hərbi texniki təchizatı ilə yanaşı, müharibədə əldə etdiyi qənimətlər də nümayiş olundu. Bunu bütün dünya gördü, Azərbaycan Ordusunun gücünü etiraf etdi. Bu gün bir də ona görə Azərbaycan xalqının bayramı hesab olunur ki, 100 illər ərzində ilk dəfə olaraq torpaqlarımıza sahib çıxdıq. Ona görə də Qarabağ Azərbaycandır! deyimi xalqımızın şüarına çevrildi. "Qarabağ bizimdir" sualına bu parad birmənalı şəkildə cavab verdi. O baxımdan bu parad Azərbaycan xalqının baş ucalığıdır, Azərbaycan xalqının mənəvi istirabının sonudur ki, nəhayət biz bir yumruq ətrafında birləşərək sözümüzü deyə bilirik.
- Sizcə yaradıcı insanların, xüsusən incəsənət xadimlərinin bu möhtəşəm qələbənin əbədiləşdirilməsində töhfəsi nədən ibarət ola bilər?
- Azərbaycanın əldə etdiyi bu möhtəşəm qələbənin əbədiləşdirilməsinə ehtiyac var. Bu işdə yaradıcı insanların üzərinə böyük iş düşür. Ölkədə kifayət qədər tanınmış yazıçılarımız, dramaturqlarımız var. Yaradıcı insanlar möhtəşəm qələbə ilə yanaşı, yeni tarixə də istinad etməlidirlər. Xüsusən, yeni tarix yazan Ali Baş Komandan və Azərbaycan Ordusunun şücaəti dərsliklərə əlavə edilməlidir. Gələcək nəsil bilməlidir ki, əsgərlərimiz hansı şəraitdə qəhrəmanlıq göstəriblər, torpaqlarımız necə işğaldan azad edilib. Ən çox istərdim ki, bu mövzuda teatr tamaşaları olsun. Düzdür, müğənnilər və bəstəkarlarımız hərbi vətənpərvərlik mövzusunda gözəl əsərlər ərsəyə gətiriblər, nə qədər gözəl mahnılar bəstələnib. Ancaq ümüumilikdə bütün bədii təxayül, yaradıcılıq işləri bu sahəyə köklənməlidir. Müharibə dövründə xalqımızın birliyi, Ordumuzun şücaəti və Ali Baş Komandanın qələbəyə töhvəsi yeni yaradılacaq əsərlərdə əks olunmalıdır.
Həmçinin istərdim ki, işğaldan azad olunmuş rayonlarımızın hər birində yeni teatrlar açılsın, mədəniyyət ocaqları yaradılsın. Məsələn, Şuşa dövlət teatırı Bakıda Fəaliyyət göstərir. Şübhəsiz ki, soydaşlarımız öz doğma evlərinə qayıtdıqdan sonra həmin teatr Şuşada fəaliyyət göstərəcək. Eləcə də Ağdam və Füzuli teatrları. Arzu edirəm ki, İravan dövlət teatırı Xankəndində fəaliyyətini davam etdirsin. Xatırlayıram ki, torpaqlarımız işğal ounmazdan əvvəl Xankəndi teatırının 50 illik yubiley tədbirində iştirak etmişəm. İndi də belə tədbirlərin keçirilməsi mümkündür. Biz bu ərazilərdə yaşayanları yox, onları qarşıdıran separatçıları yığışdırmalıyıq. Dünyanın hər yerində ermənilər yaşayırlar, lakin təkcə bizə qarşı torpaq iddiası ilə çıxış edirlər. 70 il Azərbaycan ərazilərində yaşayıblar, onlara bir söz deyən olmayıb, onlar isə "gəmidə oturub gəmiçi ilə dava edirlər". Bizim Laçında, Kəlbəcərdə də xalq teatrlarımız, xlaq ansanbullarımız olub. Hesab edirəm ki, onların hamısı yerinə gələcək və bizim əqli gücümüz hesabına əldə etdiyimiz uğurlar o doqquz rayonun hamısında yaşanacaq. Uğurlarımızı əks etdirəcək bədii və tarixi əsərləri "Uğurların addımları" da adlandırmaq olar. Qəhrəmanlığmızı əks etdiən yeni əsərlər, filmlər bu ad altında ərsəyə gətirilə bilər. Bunun üçün kifayət qədər maraqlı mövzular, ideyalar var. Deputat Elman Nəsirovun bir sözü var idi "ermənilər səngərlərdə əyilə-əyilə gəzirlər". Çoxusu bunu birtəhər başa düşürdü, ancaq döğrudan da bu söz ermənilərin məkirliyini göstərirdi. İndi mən də deyirəm ki, ermənilər səngərlərindən sürünə-sürünə qaçdılar. O cürə istehkamlar tikmişdilər, lakin Azərbaycan Ordusunun qarşısında əyilə-əyilə qaçdılar. O müdafiə istehkamlarını top ilə dağıtmaq olmurdu, ancaq erməni əsgəri qorxusundan oradan əyilə-əyilə qaçdı. Bu qorxunu onların canından Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu çıxardı.
Alim
Olaylar.az