Ermənistandan təyyarə ilə Bakıya gələnlərin KİMLƏR OLDUĞU ÜZƏ ÇIXDI - DETALLAR

İrəvandan Bakıya gələn təyyarənin detalları  məlum olub.

Bu barədə  Ermənistanın news.am saytı məlumat yayıb.

Sayt bildirib ki, dekabrn 8-də İrəvandan  Bakıya uçan təyyarədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun başçılıq etdiyi nümayəndə heyəti olub.

Ermənistanın Xarici İşlər Nazirliyi bildirib ki, İtaliyadan olan diplomatlar İrəvanda görüşlər keçirdikdən sonra Bakıya yollanıb. Məlumatda o da qeyd olunub ki, İrəvandan gələn təyyarənin Bakıya enməsinə əvvəlcədən Azərbaycan tərəfinin razılığı olub./Oxu24.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31