"Niderlandın bu addımları ölkənin Azərbaycanda və Türkiyədə olan iqtisadi ticarət və investisiya maraqlarına çox böyük təhlükə yaradır”

"Niderlandın bu addımları ölkənin Azərbaycanda və Türkiyədə olan iqtisadi ticarət və investisiya maraqlarına çox böyük təhlükə yaradır"

Belə qərarlar Azərbaycan və Türkiyə əməkdaşlığının güclənməsi ilə barəbər erməni lobbisinin dağılması ilə bağlıdır.

Bunu "Olaylar.az"-a  politoloq Aydın Quliyev deyib.

Niderland Parlamentinin Azərbaycan və Türkiyə əleyhinə  qəbul etdiyi  qərarların 44 günlük müharibə dövründə qazandığımız qələbələrdən sonraya təsadüf etməsi heç də  səbəbsiz deyil. Müharibədə qazandığımız  uğurlara qısqanclıq, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dünyanın müxtəlif bölgələri  və dünya siyasətinin müxtəlif istiqamətləri üzrə  dərinləşməsi məğlub vəziyyətdə olan dünya erməni lobbisinin və  xristian ifrat  dindar radikal dairələrin Azərbaycan və Türkiyəyə  qarşı  qisasçılıq siyasəti  ilə  bağlıdır.

Aydın Quliyevin sözlərinə görə, müharibədən sonra Fransa Senatının və nümayəndələr palatasının "Dağlıq Qarabağ" adında qondarma qurumun tanınması ilə  bağlı qərarlarından  sonra bəzi başqa ölkələr kimi Niderlanda da bu addımlar genişlənib. Bu, Azərbaycan və Türkiyə əməkdaşlığının güclənməsi ilə  barəbər erməni lobbisinin dağılması ilə bağlıdır.

Niderland parlamentində  qəbul edilən qərarlar Niderlandın  dünyanın mütərəqqi  inkişaf meyillərinə, insan hüquqlarına, haqq ədalətə  münasibətinin göstərici deyil, əksinə, bu Niderlandın tarixində  baş  verən bir sıra rüsvayçı  faktlardan diqqətin yayınması, ölkənin  siyasətinin ifrat radikal, dindar, islamofob, anti- Azərbaycan, anti- Türkiyə dairələrinin təsiri  altına düşməsi ilə bağlıdır.

Heç şübhə  yoxdur ki, Niderlandın xarici  siyasətinda iqtisadi, investisiya və  ticarət sahəsində  mühüm tərəfdaşı olan Azərbaycan kimi bir ölkəyə qarşı belə qərarların qəbul olunması ancaq ifrat radikal və lobbi dairələrinin təsiridir.

Aydın Quliyev bildirib ki, Niderlandın tarixində  humanist dairələrə, bəşəri normalara qarşı çoxlu sayda faktlara İndoneziyada Niderlandiyanın törətdiyi  soyqırım faktlarını göstərmək kifayət edər.

Belə bir nəticəyə gələ bilərik ki, Niderlandın insan haqqları, demokratiya və digər bəşəri   normaların üstündə  hər hansı bir meydana, o cümlədən, Azərbaycana meydan oxumağa haqqı yoxdur. Niderlandın belə addımları keçmişində olan rüsvayçı faktların ortaya çıxmasına  və ifşa sənədinə çevrilməsinə səbəb olur. Niderlandın bu addımları ölkənin Azərbaycanda və Türkiyədə olan iqtisadi ticarət və investisiya maraqlarına çox böyük təhlükə yaradır.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31