Elman Rüstəmov: “Ermənistan böhran içərisindədir”  

"Ölkə başçısının bilvasitə rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni işğalçıları üzərində qələbə qazanıb". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. MB sədri qeyd edib ki, Azərbaycan xalqının 30 ilə qədər gözlədiyi arzusu reallığa çevrilib:"Bütün bunların arxasında olduqca böyük bir iş durur. Azərbaycan iqtisadiyyatı bu qələbədən sonra sabitlik nümayiş etdirir. Ermənistan isə böhranın içərisindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31