Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
9 Dekabr 2020 11:43 SiyasətDekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. "Olaylar"ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31