Deputat: Azərbaycan hərbçiləri Vardenis restoranlarından birində nahar ediblər
9 Dekabr 2020 07:02 SiyasətBu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq.
"Novosti Armeniya" bildirir ki, bunu "Çiçəklənən Ermənistan" Partiyasından olan millət vəkili İveta Tonoyan Milli Məclisdə "Parlament saatı"nın gedişində deyib.
Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər.
"Əlbəttə ki, Milli Təhlükəsizlik Xidməti özünəməxsus tərzdə bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın bu təkzibinin, xüsusən də bizim üçün, nədən ibarət olduğunu gördük", - deyə İ.Tonoyan vurğulayıb.Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31