SON DƏQİQƏ AÇIQLAMASI: Ərdoğan Bakıya bu səbəbdən gəlir
8 Dekabr 2020 15:30 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulmasını müzakirə edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, habelə Qarabağdakı son vəziyyət də müzakirə olunacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu gün yox, sabah baş tutacaq.
Oxu24.com bu barədə TRT-yə istinadən məlumat verir.
Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək, atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.
İki lider, atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti və Birgə Mərkəz üçün fəaliyyətləri müzakirə edəcəklər.
Bundan başqa danışıqlar zamanı Ankara və Bakının birlikdə atacağı addımlarla bağlı qiymətləndirmələr də həyata keçiriləcək.