Şok ƏMƏLİYYAT KEÇİRİLDİ: yüzlərlə hərbçi HƏBS OLUNDU - VİDEO
8 Dekabr 2020 15:11 SiyasətTürkiyədə tarixin ən böyük FETÖ əməliyyatı keçirilib.
Publika.az xəbər verir ki, 50 əyalətdə baş tutan əməliyyat nəticəsində 304 əsgər saxlanılıb.
Onlardan 193-ü Quru Qüvvələri Komandanlığı, 111-i Hava Qüvvələri Komandanlığında xidmət edirmiş.
FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində kök salmasına qarşı keçirilən əməliyyatda saxlanılanlar təşkilatın qondarma imamları ilə kabelsiz telefonlarla əlaqə qurmaları sayəsində aşkarlanıb.
Şübhəlilər arasında 5 polkovnik, 1 podpolkovnik, 1 minbaşı, 10 yüzbaşı, 53 baş leytenant, 5 leytenant, 221 kiçik leytenant, 7 çavuş rütbəli şəxs var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31