İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq
8 Dekabr 2020 12:15 SiyasətAzərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə "8 Noyabr" adı verilməsi təşəbbüsü ilə çıxış edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabinetinin Mətbuat Xidməti verib.
Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası "8 Noyabr" adlandırılsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31