Qarabağ meşələrində 300 silahlı erməni gizlənir?
8 Dekabr 2020 11:10 SiyasətQarabağda Azərbaycanın nəzarətində olan ərazilərdə təqribən 300 erməni hərbçi meşələrdə gizlənir.
Ermənistan Demokrat Paprtiyasının sədri Aram Sərkisyanın dediiyinə görə, həmin erməni hərbçilər meşələrdən çıxmağa çalışsalar da, onlara kimsə kömək etmir.
"Ermənistandakı hakimiyyət heç bir işə yaramır və heç nə bacarmır. Ona görə də Qarabağ meşələrindəki hərbçilərimiz köməksiz qalıblar", - A.Sarkisyan deyib.
Qarabağdakı rusiyalı sülhməramlılar da son günlərdə təslim olmaq istəyən və meşələrdən çıxan onlarla erməni hərbçini Xankəndinə aparıblar. Onlar Xankəndidə zəruri dindirilmədən, tibbi müayinədən və ilkin yardımlardan sonra xüsusi nəqliyyatla Ermənistana göndərilirlər.
Ümumiyyətlə isə Qarabağ ərazisindəki silahlı ermənilər könüllü təslim olmasalar və silahı yerə qoymasalar, legitim hərbi hədəf sayılırlar.
Onlar ya təslim olacaqlar, ya məhv ediləcəklər - beynəlxalq hüququn postulatları belədir.
Ermənistanda isə bu şəxsləri "şirlər", "təslim olmayan igidlər" adlandırır və "mübarizəni davam etdirməyə" səsləyirlər. Belə destruktiv, radikal və aqressiv təbliğat heç bir halda ermənilərin, Ermənistanın xeyrinə deyil.
Qarabağ ərazisində silahlı dolaşan ermənilər terrorçudurlar və onların radikal ekstremizmi mütləq şəkildə dayandıralacaq. Ermənilər birdəfəlik anlamalıdırlar ki, Qarabağ Azərbaycan ərazisidir - Azərbaycan qanunlarına görə isə ölkə ərazisində qanunsuz odlu silah saxlamaq, gəzdirmək və illah da separatçılıq şüarları ilə dövlət orqanlarının, o cümlədən Silahlı Qüvvələrin mənsublarını hədəf saymaq ən ağır cinayətlərdən biridir.
Təəssüflər olsun ki, Ermənistandakı revanşistlər bunu əsla qəbul etmirlər.
Bunun acısını isə həm o silahlı ermənilər, həm də onların ailə üzvləri çəkəcəklər.
Silahlılar həyatlarını itirmək təhlükəsi ilə yaşadıqlarına, ailə üzvləri isə tərksilah olmaq istəməyən bu şəxsləri itirmək şanslarına görə.(milli.az)