Ceyhun Bayramovun israilli həmkarı ilə telefon danışığı olub
7 Dekabr 2020 21:11 Siyasət7 dekabr 2020-ci il tarixində Xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər, həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31