"Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək" - Səfir
7 Dekabr 2020 15:13 SiyasətBu il həm Ermənistan, həm də Azərbaycan üçün gərgin keçib, iyulda və payızda iki ölkə arasında açıq münaqişə baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz "Twitter" səhifəsində yazıb.
Səfir bildrib ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhərini geri qaytarıb, hər iki tərəf itkilərə məruz qalıb və əraziyə Rusiya qüvvələri yerləşdirilib.
Z.Qros əlavə edib ki, Fransa beynəlxalq qanunu, BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk qrupunun prinsiplərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dstəkləməkdə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31