Fransanın müharibə zamanı inanılmaz əməli üzə çıxdı - AÇIQLAMA
7 Dekabr 2020 14:19 Siyasət"Avropa ölkələrində islamafobiya hər zaman olub. Onlar çalışıblar ki, islamı gözdən salsınlar. Həmçinin, baş verən müharibə zamanı onu dini müstəviyə çəkməyə çalışırdılar. Lakin buna nail ola bilmədilər".
Bu sözləri müsahibəsində ilahiyyatçı Hacı Surxay Məmmədli deyib. O bildirib k, Azərbyacanda bütün dini konvensiyalara hörmət edir:
"Ttolerantlıq və multikultural dəyərlər yüksək səviyyədə qorunur, hətta digər ölkələr də bu barədə ölkəmizi örnək alırlar. İnsanların inancı, yaxud dəyərləri qorunmalıdır. Buna ehtiramla yanaşılmalıdır.
Fransa bunu etmir. Fransanın məscidlərə, islama qarşı etdiyi hörmətsizliklər bir daha sübut edir ki, onlar islamı gözdən salmağa çalışırlar. Lakin buna nail ola bilməyəcəklər. Biz bütün dinlərin bir olduğunu dərk edir və həmin dəyərlərə sahib çıxırıq. Fransa və digər ölkələr özlərini demokratiyanın beşiyi adlandırırlar, amma onlar Azərbaycan ərazisindəki müharibəni dini zəmində münaqişə etməyə çalışırdılar".