“Ərdoğan qətiyyətlidir, davam edəcək” - Almanlardan sensasion sözlər
7 Dekabr 2020 12:47 Siyasət"Ərdoğan xarici siyasətdəki addımlarında qətiyyətlidir və buna davam edəcək".
Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın "Tagesspiegel" qəzetinin analizində deyilir.
Qəzetin diqqətini çəkən məqam ABŞ-ın təhdidlərinə rəğmən, Rusiyadan S-400 komplekslərinin tədarükü və bu prosesdə müstəqil mövqe sərgiləməsi olub.
Bildirilib ki, Ərdoğan Türkiyəni qlobal gücə qovuşdurub və bunun sayəsində Avropa İttifaqı, ABŞ kimi nəhənglərdən asılı olmadan verdiyi qərarlarla heç bir ölkəyə şans tanımır.
Qeyd olunub ki, Türkiyənin eyni müstəqil davranışı Aralıq dənizindəki qazma fəaliyyətlərində də özünü göstərib. Yunanıstanın bütün Avropada dəstək almasına rəğmən, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə sadiq qaldığı və qalacağı ifadə edilib.(publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31