İşğaldan azad olunan rayonlarda DTX-nin idarə və şöbələri yaradıldı - Rəsmi
12 Noyabr 2020 14:11 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.
Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31