Deputat: “ Qələbəmizin memarı və əsas icra edicisi Ali Baş Komandan İlham Əliyevdir”

“27 sentyabr tarixindən, Azərbaycan Ermənistanın növbəti hərbi təxribatını dəf edərək əks hücuma keçdiyi gündən, sosial şəbəkələrdəki məhdudiyyətlərlə bağlı bu günə qədər feysbukdakı səhifəmə və profilimə daxil ola bilmirdim.

"27 sentyabr tarixindən, Azərbaycan Ermənistanın növbəti hərbi təxribatını dəf edərək əks hücuma keçdiyi gündən, sosial şəbəkələrdəki məhdudiyyətlərlə bağlı bu günə qədər feysbukdakı səhifəmə və profilimə daxil ola bilmirdim. Ancaq bu müddət ərzində hər bir azərbaycanlı kimi mən də cəbhədən gələn xəbərləri izləyir, proseslərə mətbuatda, televiziya verilişlərində , ən əsası parlament iclaslarında münasibət bildirirdim". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, qəhrəman əsgərlərimiz Azərbaycanın qürurunu özünə qaytardı: "Çox xoşbəxtəm ki, aparılan mübarizə böyük qələbimizlə başa çatdı. Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın böyük bir hissəsi qəhrəman əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi, bir hissəsi isə imzalanan saziş əsasında 1 dekabr tarixinə qədər azad ediləcəkdir. Qələbəmizin qazanılmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti bünövrə rolunu oynadı və xalqımız həmişə onunla fəxr edəcəkdir. Qələbəmizin memarı və əsas icra edicisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Onun düşünülmüş daxili və xarici siyasəti qüdrətli dövlət, güclü iqtisadiyyat və hazırlıqlı ordu yaratmağa, beynəlxalq birlikdə böyük nüfuz qazanmağa imkan verdi. Prezidentimiz tarixə Qalib sərkərdə, milli ruhu bərqərar etmiş bir görkəmli lider kimi düşəcəkdir. Qələbəmizin yaradıcısı Əsgərimizdir. Əsgərimizə eşq olsun, o Azərbaycanın qürurunu özünə qaytardı, o tarixi yaratdı. Azərbaycan qalib gəldi ! Azərbaycan ruhu qalib gəldi ! Dünya Azərbaycanın möhtəşəmliyini qəbul etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31