"İlham Əliyev böyük Sərkərdə olaraq daim əsgərin yanındadır" - Bəhruz Quliyev

“Bütün dövrlərdə yaralanmış hərbçilərimiz, eləcə də şəhid ailələri, müharibə veteranları dövlət başçısı İlham Əliyevin qayğısı ilə əhatə olunub”. Sözügedən fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev dövlət başçısının Qarabağda, Vətən müharibəsində yaralanmış hərbçilərimizi ziyarət etməsinə münasibətini açıqlayarkən deyib.

"Bütün dövrlərdə yaralanmış hərbçilərimiz, eləcə də şəhid ailələri,  müharibə veteranları dövlət başçısı İlham Əliyevin  qayğısı ilə əhatə olunub".

Sözügedən fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev dövlət başçısının Qarabağda, Vətən müharibəsində yaralanmış hərbçilərimizi ziyarət etməsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, ölkə rəhbərimiz ziyarəti əsnasında onların gələcəyə daha inamla baxmalarına ruh yüksəkliyi bəxş edib: "Söz yox ki, istər müalicə tədbirləri, istərsə də hərbçilərimizin sosial-məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görülür və eyni zamanda, onlar evlərlə, mənzillərlə, avtomobillərlə təmin olunurlar. Bütün bu işlər də göz önündədir. Çünki onlar ilk növbədə torpaqlarımızın bütövlüyü uğrunda şücaətlə, mərdliklə mübarizə aparıblar, dövlətçiliyimizin adını, xalqımızın adını yüksəkdə tutublar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları bu kimi məsələlərə xüsusi önəm verir və bunu yaralanmış hərbçilərimizlə görüşündə də əks etdirdi".

"Onların hər biri ilə öz doğması, övladı kimi danışan dövlət başçımız hətta daha böyük ruh yüksəkliyi yaratmaq üçün müharibə zamanı ayaqlarını, qollarını itirmiş qazilərimizə dedi ki, həm dövlətin müvafiq qurumları, həm də Heydər Əliyev Fondu ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında dünyanın ən müasir protezlərini sifariş edərək Azərbaycana gətizdirirlər", deyən Bəhruz Quliyev əlavə edib ki, belə protezlər dünyanın aparıcı protez institutları, sənayeləri tərəfindən ən müasir texnologiyalar əsasında hazırlanıblar, hətta onlarla futbol belə oynamaq mümkündür. Tam atalıq səmimiyyəti, qayğısı ilə əhatə olunan yaralı hərbçilərimiz bu yanaşmadan fəxr, qürur hissi duyurlar.

Baş redaktorun sözlərinə görə, məhz Azərbaycanın güclü, dayanıqlı iqtisadi potensiala sahib olmasının nəticəsində qazanılan qələbə müharibədən sonra sosial məsələlərin də həllinə böyük imkanlar yaradır: "Bütün bunlar dövlətimiz, uzaqgörən liderimiz tərəfindən hesaba alınmışdı və məhz müharibədən sonrakı dövr üçün də müvafiq qərarlar qəbul olunub. Onu da qeyd edim ki, artıq yaralı hərbçilərimizin gələcəkdə əmək fəaliyyətlərini icra etmələri üçün də müxtəlif planlar, layihələr işlənib-hazırlanıb. Bununla bağlı dövlət qurumları da öz təşəbbüslərini irəli sürməkdədirlər. Ümumiyyətlə, Prezident İlham Əliyev cənabları, eyni zamanda Heydər Əliyev Fondu bu məsələlərə hər zaman həssaslıqla yanaşdıqlarını əməli işləri ilə isbat ediblər".

Bəhruz Quliyev son olaraq bildirib ki, cənab Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında Vətən müharibəsində əldə edilən qələbənin əsas sdəbəbkarlarının Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu vurğulayıb: "O, bu görüşündə də həmin məqamı bir daha qeyd edərək, hərbi əməliyyatlar zamanı gözlərini qırpmadan, sevinə-sevinə, qorxmazlıq təcəssümü nümayiş etdirməklə düşmən üzərinə gedən əsgərlərimizin müasir hərb tarixinə şücaət yazdıqlarını bildirib. Həqiqətən də, bu bir hərb tarixi oldu və bu tarixi bizim yenilməz əsgərimiz yazdı. Dövlət başçımızın ilk görüşlərini yaralanmış əsgərlərimizlə keçirməsi amili də özündə qeyd edilən reallıqları əks etdirir və təsdiq edir ki, İlham Əliyev böyük Sərkərdə olaraq daim əsgərin yanındadır".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31