"Böyük Ermənistan" xülyası tam iflasa uğradı

Qarabağın incisi Şuşanın azadolunma müjdəsini xalqımız üçün müqəddəs məkanda - Şəhidlər Xiyabanında xalqa çatdıran ölkə başçımız şəhidlərimizin qanlarının yerdə qalmayacağının vədini bir daha vermişdi.

Qarabağın incisi Şuşanın azadolunma müjdəsini xalqımız üçün müqəddəs məkanda - Şəhidlər Xiyabanında xalqa çatdıran ölkə başçımız şəhidlərimizin qanlarının yerdə qalmayacağının vədini bir daha vermişdi.

Olaylar.az xəbər verir ki, bunu  açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, hərbi, siyasi, diplomatik məğlubiyyət yaşayan Ermənistan vətəndaş müharibəsi girdabında çabalayır:

"İşğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması ilə həm Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, həm də şəhidlərimizin qanı yerdə qalmadı və ruhları şad oldu. 44 günün sonunda qalib tərəf olan Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə öz təsdiqini tapdı. Azərbaycanın qələbəsi hərbi, iqtisadi böhran məngənəsində çabalayan Ermənistanı daha da böyük siyasi xaosa sürüklədi. Hərbi, siyasi, diplomatik məğlubiyyət yaşayan Ermənistan vətəndaş müharibəsi girdabında çabalayır. Eyni zamanda, tənəzzülə uğrayan ölkənin "Böyük Ermənistan" xülyası da tam iflasa uğradı. Bundan sonra Ermənistan ordusunun və dövlətinin özünə gəlməsi üçün illər lazımdır". 

Ş.Həsənova onu da qeyd edib ki, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi:

"Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır. Müharibənin nəticəsi Azərbaycanın diqtə edən, Ermənistanın isə icra edən tərəf olduğunu göstərdi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bununla da 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi reallaşmadan tarixə qovuşdu. Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu".(milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31