Prezident İlham Əliyev hərbçilərə: Maskaları çıxarın, hər kəs üzlərinizi görsün - VİDEO

 

 

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

AzTV   bildirir ki, görüş zamanı təsirli bir an yaşandı. Dövlət başçısı hərbçilərə müraciət edərək, maskalarını çıxarmalarını istədi.

"Maskaları çıxardın, xahiş edirəm. Çıxardın, havada olar. Sizin üzünüzü görsünlər. Bizim vətandaşlar da sizi görsünlər", - Prezident İlham Əliyev dedi və operatorlara hərbçiləri daha yaxşı çəkmələrini tapşırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31