Rusiya Qarabağda hansı anlayış çərçivəsində yer alırsa, Türkiyə də elə yer alacaq - Ərdoğan
11 Noyabr 2020 18:19 SiyasətDağlıq Qarabağ bölgəsində Rusiya hansı anlayış çərçivəsində yer alırsa, bizim də müşahidə və yoxlama missiyamız eyni anlayış çərçivəsində yer alacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hazırda bununla əlaqədar danışıqlar gedir:
"Hazırda Rusiya orada müəyyən nöqtələrə yerləşməyə başlayıb. Danışıqlar xarici işlər nazirlərimiz arasında davam edir, həm də Rusiyadan nümayəndə heyəti səfər edir, burada da danışıqlar aparılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31