XİN: “Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək”

“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq”.

"Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq". "Olaylar" xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Türkiyə mətbuatına  açıqlamasında bildirib. Nazirlik rəsmisi Qarabağ qələbəsindən sonrakı proses barədə danışıb: "Razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq. Razılaşmada hansısa bir ölkənin adı keçmir. Bu, suallar yarada bilər. Ancaq bölgədə nəzarətə Rusiya ilə birlikdə Türkiyə də edəcək. Türkiyənin də atəşkəsə nəzarət müşahidə mərkəzində olacağı dəqiqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31