Rusiya ilə Türkiyə arasında Qarabağ müqaviləsi imzalanıb
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarət üzrə müqavilə imzalanıb. “Olaylar” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
11 Noyabr 2020 15:33 SiyasətRusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarət üzrə müqavilə imzalanıb. "Olaylar" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Xatərladaq ki, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı birgə bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Türkiyə və Rusiya sülhməramlılar birgə xidmət aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31