Oqtay Şirəliyev: “Erməni işğalçıları tərəfindən dağıdılmış tibbi infrastrukturun bərpası üçün əlimizdən gələni etməliyik”
Erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə gətilmiş tibbi infrastrukturun bərpası üçün əlimizdən gələni etməliyik
11 Noyabr 2020 15:19 SiyasətErməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə gətilmiş tibbi infrastrukturun bərpası üçün əlimizdən gələni etməliyik"Olaylar" xəbər verir ki, bunu 73-cü Ümumdünya Səhiyyə Assambleyasının onlayn sessiyasında iştirak edən Səhiyyə naziri Oqtay Şirəliyev deyib. 73-cü Ümumdünya Səhiyyə Assambleyasının iclası 9-14 noyabr tarixlərində videokonfrans formatında davam etdirilib. Oqtay Şirəliyev Azərbaycanda pandemiya ilə mübarizənin başlanmasından keçən müddət ərzində görülmüş kifayət qədər böyük həcmli işlərdən məlumat verib. Bildirib ki, Assambleyanın may ayında keçirilmiş sessiya zamanı iştirakçılara Azərbaycanın bu sahədəki təcrübəsi, ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər barəsində məlumat verib: "Bəyan etmək olar ki, görülən tədbirlər nəticəsində hazırda ölkədəki koronavirus epidemiyası tamamilə idarə olunur. Bu günə qədər 10 milyon əhalisi olan bir ölkədə təxminən 60 000 insanın xəstələnib, 1,3 milyondan çox test keçirilib, xəstəlikdən irəli gələn ölüm halları 1,3% təşkil edib".
Səhiyyə Nazirliyi rəhbəri çıxışının vacib hissəsi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılması barədə razılaşmasına həsr olunub. Oqtay Şirəliyev 30 illik işğal dövrü ərzində aralarında uşaqlar, yaşlı insanlar və qadınlar olmaqla minlərlə insan öldürülüb və yaralanıb, bütün şəhər və qəsəbələr dağıdılıb. Evlərini itirən bir milyondan çox insan məcburi köçkün və qaçqın olub. Səhiyyə Naziri deyib: "Nəhayət ki, hər şey yekunlaşıb! Müxtəlif sahələrin mütəxəssisləri ilə birgə tibb işçiləri də erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə gətilmiş tibbi infrastrukturun bərpası üçün əlimizdən gələni etməliyik. Qarşımızda müasir avadanlıqlı yeni klinika və müasir tibb mərkəzləri inşa etmək, əhalinin səhiyyə mühəfizəsini təşkil kimi məqsədlər var. İş həcminin çox olmasına baxmayaraq, bütün bunlar yaradıcı vəzifələrdir və onları həyata keçirməkdən çox xoşbəxt olacağıq!".