Fransa mətbuatında MATƏM!
Məğlub olan Ermənistanın Bərdə şəhərində bir çox mülki yaşayış məntəqəsində həyata keçirdiyi qanlı hücumlara məhəl qoymayan Fransa mətbuatı, Dağlıq Qarabağ razılaşmasından sonra rəsmən yas havasına bürünüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
11 Noyabr 2020 13:39 SiyasətMəğlub olan Ermənistanın Bərdə şəhərində bir çox mülki yaşayış məntəqəsində həyata keçirdiyi qanlı hücumlara məhəl qoymayan Fransa mətbuatı, Dağlıq Qarabağ razılaşmasından sonra rəsmən yas havasına bürünüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
France 24-dəki xəbərlərdə "Ermənilər Dağlıq Qarabağ müqaviləsini tamamilə kapitulyasiya olaraq görürlər" deyə şərh edilib. Le Monde qəzetinin saytında yer alan xəbərlərdə isə "İrəvanın məğlubiyyəti bu razılaşma ilə təyin olundu" başlığı altında verilib.
Avropanın Paşinyanla bağlı peşmanlığı
Qərb mediasında Azərbaycanın qələbəsinin daha bir məqamı Avropanın Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı məyusluğu idi.
Fransada yerləşən AFP xəbər agentliyində "Qəhrəmanlıqdan xəyanətə" başlığı ilə Paşinyanın karyerası xatırlanıb. Xəbərdə Paşinyanın 2018-ci ildəki nümayişlərdən sonra qəhrəman kimi vəzifəyə başladığı, ancaq 6 həftəlik qarşıdurmalardan sonra indi xalqı tərəfində "vətənə xayinlik"də günahlandırıldığı nəzərə çatdırılıb