Paşinyan: 1 il əvvəl Azərbaycanın şərtləri ilə razılaşmaq lazım idi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvan 1 il əvvəl işğal altında olan 5 rayonu Azərbaycana qaytarsaydı, Qarabağla bağlı vəziyyət fərqli şəkildə həll oluna bilərdi. Bu barədə RİA Novosti xəbər verib. "Ancaq Ermənistanda kim bu yolun doğru olduğuna inanardı? Mən də daxil olmaqla çox az adam inanmazdı"- baş nazir deyib.

Paşinyan qeyd edib ki, münaqişənin kəskinləşməsinin ilk günləri Ermənistan üçün o qədər də təhlükəli deyildi, bu səbəbdən İrəvan Bakının irəli sürdüyü şərtləri qəbul etmək barədə düşünmədiyini, vəziyyətin 1 il əvvəlki kimi qaldığını hesab edirdi.

"Müharibədə bir dönüş yaratmağın mümkün olmadığı və vəzifəmizin hadisələrin ən pis inkişafının qarşısını almaq olduğu aydın olduqdan sonra razılaşmaya getdik"- Paşinyan deyib.(sia.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31