Hikmət Hacıyev: “Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər”
11 Noyabr 2020 09:44 SiyasətAllah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə "fait accompli" prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.
"Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi"-deyə, o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31