Prezidentin köməkçisi: Vasitəçilik mövqeyini həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir
3 Oktyabr 2020 17:47 SiyasətVasitəçilik mövqeyini həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev Fransa prezidenti Emanuel Makronun münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin yeni formatı ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
O bildirib ki, birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək haldır:
"Danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl xarici işlər nazirləri səviyyəsində müəyyən keçirlməsi nəzərdə tutulan görüşlər barədə təkliflər vardı ki, Azərrbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər.
Amma ilk növbədə Azərbaycanın işğal olunmuş əraziləri işğal azad olunması istiqamətində səylər səfərbərlər olmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə eyibarı ilə sonluğa gətirlsin".