Ermənilərin öz əsgərlərinə qarşı vəhşiliyi: əsgəri qaçmaması üçün ayağından zəncirləyiblər

Qarabağda gedən döyüşlərin gedişində Ermənistan ordusunun öz əsgərlərinə qarşı tükürpədici vəhşiliyi üzə çıxıb.

Azərbaycan ordusunun döyüşçüləri düşmənin dayaq məntəqələrindən birini ələ keçirərkən orada dəhşətli kadrlarla qarşılablar.

Məlum olub ki, düşmən pulemyotçusu mövqeyini tərk edib qaçmaması üçün ayağından betona zəncirlənib. Əsgərlərimiz gördükləri bu antiinsani mənzərədən şoka düşüblər.

"Caliber" YouTube kanalı ayağından zəncirlənmiş düşmən pulemyotçusunun meyitinin görüntülərini təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31