Diasporamız güclü erməni lobbisi mifini darmadağın etdi
4 Avqust 2020 15:26 SiyasətErmənilərin Tovuz rayonu istiqamətində dövlət sərhədini pozması və buna cavab olaraq aldıqları sarsıdıcı zərbənin bomba effekti işğalçı dövlətin daxilində müşahidə edilmək əvəzinə, dünyanın fərqli-fərqli ölkələrində, xüsusilə də Avropada nəzərə çarpdı. Tovuz istiqamətində verdikləri ciddi itkinin qisasını dünya erməniləri, erməni lobbisi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılardan çıxmağa cəhd göstərdi. Düzdür, ilk günlər ermənilər öz barbarlıqlarına uyğun olaraq üstün durumda göründülər və ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız erməni hücumlarına məruz qalaraq xəsarət aldılar. Lakin qısa müddətdə xarici ölkələrdə yaşayan azərbaycanlıların toparlanması, erməni vəhşiliklkərinə etiraz əlaməti olaraq sivil dünyanın sivil rəsmi qurumları, məhkəmə orqanları qarşısında aksiyalar keçirməsi, erməni vəhşiliyini dünyaya çatdırması hadisələrin məcrasını hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycanın diaspor təşkilatları, səfirlik və digər diplomatik nümayəndəliklərinin mütəşəkkil fəaliyyəti nəticəsində erməni lobbisinin antiAzərbaycan fəaliyyyəti, soydaşlarımıza qarşı barbarlıqları və vəhşilikləri pislənildi, sərt tənqid olundu. Bu prosesdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz sözügedən Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımızla sıx işləməsi, diaspor təşkilatlarını düzgün şəkildə koordinasiya etməsinin nəticəsi idi ki. erməni barbarlarının təxribat əməllərinə Azərbaycan diasporu sivil formada, ağılla cavab verərək onları buir daha ifşa etdi, nəticə etibarilə erməni vəhşiliklərinin qarşısı alındı. Hazırda da sivil dünya, əsas aparıcı dövlətlər, onların rəsmi dairələri erməni barbarlığına öz hüquqi-siyasi qiymətini verməkdə davam edir. Və bu müsbət tendensiya artıq Ermənistan cəbhəsində, erməni lobbisində ciddi narahatçılıq, təşviş yaradır. Çünki dünyanın müxtəlif ölkələrində baş verən erməni barbarlıqlarına, vəhşiliklərinə verilən qiymət və ermənilərin insanlığa zidd hərəkətlərinin kəskin şəkildə pislənməsi bütün istiqamətlərdə Azərbaycan qarşısında aciz duruma düşən Ermənistanın lobbi fəaliyyətində də artıq Azərbaycana uduzmasının göstəricisi idi. Bu həm də uzun illər ərzində formalaşmış və sanki vahiməli görünən erməni lobbisinin uğursuzluğunun göstəricisi, iddia edilidyi kimi güclü, potensiallı olmadığının əyani sübutu idi.
Bəlkə də inqilabçı baş nazir Paşinyan Tovuz gərginliyinin daxilə sıçrayan təhlükələrini aradan qaldırmaq üçün xaricdə hazırlamış olduğu bu ssenarinin nəticəsinin belə olacağını əvvəlcədən görsəydi, heç ona qol qoymazdı. Çünki bununla işğalçı Ermənistanın və onun təcavüzkar rəhbərliyinin daha bir mənfi tərəfi, gücsüz istiqaməti ortaya çıxdı. Elə buna görədir ki, baş nazir Paşinyan erməni lobbisi məyusluğunun acısını bu sahə ilə məşğul olan qurumdan çıxır. Belə ki, baş verən hadisələr fonunda xarici ölkələrdə yaşayan azərbaycanlıların fəallığı Paşinyanı Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatı aparmağa vadar edib. Baş nazir sözügedən qurumda 4 nəfərin vəzifəsini dəyişib və 10 məhsul işçini vəzifəsindən azad edib.
Bir sözlə Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini həm çətin duruma saldı, həm də güclü ermıəni lobbisi mifini darmadağın etdi. Elə Milliu Məclsiin deputatı Könül Nurullayeva da bu qənaətdədir. O, bildirib ki, işğalçı ölkənin Tovuz istiqamətində törətdiyi təxribata, mülki insanları qətlə yetirməsinə haqlı olaraq etiraz edən dünya azərbaycanlılarının mütəşəkkil şəkildə beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına yönəltməsi istər Ermənistan rəhbərliyi, istərsə də erməni diasporu üçün zərbə oldu. Deputatın sözlərinə görə, Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu: "Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. Haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü. Dünya ictimaiyyəti insan hüquqlarının müdafiəsini dinc şəkildə tələb edən soydaşlarımıza qarşı erməni vəhşiliyinin əyani şahidi oldu: "İstər ABŞ-da, istərsə də Avropada azərbaycanlılara qarşı erməni lobbisinin nifrət zəminində mürtəce davranışları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən də pisləndi. Bununla da özünü dünyaya sülhpərvər xalq və ölkə kimi təqdim edən ermənilərin imitasiya xarakteri və terrorçu mahiyyəti tam çılpaqlığı ilə özünü göstərdi. Yəni, sərhəddəki hərbi təxribat kimi soydaşlarımıza qarşı vandallıq aktları da bumeranq effekti ilə Ermənistanın özünə zərbə olaraq qayıtdı. Bunu Nikol Paşinyanın bu günlərdə Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması da təsdiqləyir. Aydın olur ki, erməni diasporunun fəaliyyətində ciddi problemlər yaranıb".
Süleyman