Azərbaycan güclü dövlətdir və güclü ordusu var

"Vətəni qorumaq üçün ilk növbədə Vətənə qarşı sevgi, məhəbbət olmalıdır. Bu sevgi vətənpərvərlik adlanır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıqyollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir.Özünü ölkənin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, əqidəli vətənpərvər gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz.Vətən, torpaqməhəbbəti, millətinin və xalqının qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövqedir.Azərbaycan xalqı öz ata-babalarının keçdiyi qəhrəmanlıq yolunu layiqincə davam etdirir". "Olaylar" xəbər verir ki, bunu deyən Nəsimi rayon sakini Aysun Bayramoovanın sözlərinə görə, Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir: "Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin bir dövlətin qorxmaz, mərd, cəsur əsgərləri yoxdursa, həmin dövlət məğlub olar. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.  Bu gün də hərbi hissələrimizin düşmənlə təmas xəttində yerləşən bölməsində vətənpərvər əsgərlərimiz düşmənə- mənfur ermənilərə qarşı qətiyyətlə mübarizə aparırlar.Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır. Ermənilərin həm kompromisə gəlməmələri, həm də arasıkəsilməyən təxribatları Azərbaycanı qətiyyətli addımlar atmağa vadar edirdi. 2016-cı ilin aprel hadisələri erməni qəsbkarlarına Azərbaycan dövlətinin və xalqının qətiyyətli mövqeyini və öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan xalqı Qarabağ münaqişəsini, lazım gəlsə, silah yolu ilə həll etmək hüququnu daim özündə saxlayır. 12 iyul 2020-ci il  tarixindənetibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdə Vətənini böyük igidliklə qoruyan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi mərd əsgər, zabitlərimiz şəhid oldu. Lakin bu bizi zəiflətmədi, çünki "Torpaq,uğrunda ölən varsa, Vətəndir!". Baş verən hadisələr xalqımızda vətənpərvərlik hissinin yüksək olmasını bir dana sübut etdi.Minlərlə vətəndaşımız Vətənin qorunması naminə könüllü şəkildə torpaqlarımızı qorumaq üçünSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Bu onu göstərir ki, xalqımız öz əsgərinə hər zaman arxa-dayaq olub və olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31