Ermənistan ordusunda koronavirusa kütləvi yoluxma baş verir

Onsuz da ağır iqtisadi vəziyyətdə olan işğalçı Ermənistana digər bir zərbəni bütün dünyanı bürüyən koronavirus pandemiyası vurub. Cənubi Qafqazda pandemiyanın ən geniş yayıldığı ölkələrdən olan Ermənistan həm xəstə sayı, həm də bu səbəbdən ölənlərin sayı baxımından Azərbaycan və Gürcüstanı çox-çox geridə qoyur.  Bu gün işğalçı ölkə demək olar ki, COVİD-19 virusu qarşısında tam aciz durumdadır. Ölkənin bütün sahələrinə sirayət edən koronavirus pandemiyası artıq Ermənistan hərbiyəsi üçün də ciddi təhlükə mənbəyinə çevrilib. Hər halda erməni kütləvi informasiya vasitələrinin Ermənistan Ordusunda kütləvi koronavirusa yoluxma halları ilə bağlı yaydığı xəbərlər də deyilənləri təsdiqləyir. Artıq bir xeyli müddətdir ki, gündəmə oturan bui informasiya erməni əsgər anaları arasında da ciddi narahatçılıq yaradıb və onlar mütəmadi olaraq Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirərək ölkənin hərbi rəhbərliyinin yayılan xəbərlər barədə ictimaiyyətə açıqlama verməsini tələb edirlər. Düzdür, ilk günlər Ermənistanın Müdafiə Nazirliyi yayılan xəbərləri ciddi cəhdlə təkzib etsə də, lakin orduda koronavirus təhlükəsinin daha geniş arealda yayılması səbəbindən bəzi etiraflarda bulunmalı olub. Hər zamankı kimi bu dəfə də yük, bəzi etiraflarda bulunmaq məsuliyyəti Ermənistanın Müdafiə Nazirliyinin sözçüsünün üzərinə düşüb. Belə ki, Ermənistan Müdafiə Nazirinin sözcüsü Şuşan Stepanyan bildirib ki, təkcə başa vurduğumuz iyul ayı ərzində orduda 30 koronavirus hadiisəsi qeydə alınıb. Stepanyan iddia edib ki, koronavirusa yoluxma halları əsasən yeni çağırışçılar arasında qeydə alınıb. Onun sözlərinə görə, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb. Erməni analitiklər isə hesab edirlər ki, Stepanyanın koronavirus etirafı əslində ordudakı real vəziyyəti əks etdirmir və Ermənistan Ordusunda sözügedən pandemiyaya yoluxan kifayət qədər hərbiçi var. İndiki halda Müdafiə Nazirliyi sözçüsünün etirafı isə yalnız və yalnız mövcud gərginliyi, erməni anaları arasında artan narazılığı aradan qaldırmağa hesablanıb. Çünki Şuşan Stepanyanın verdiyi açıqlamalar bir qayda olaraq reallıqdan çox-çox uzaq olur. Təkcə son Tovuz döyüşləri və həmin döyüşlər zamanı erməni tərəfinin verdiyi itkilər barədə Stepanyanın səsləndirdiyi rəqəmlər çox keçmədən öz təsdiqini tapmadı və erməni tərəfinin müxtəlif mənbələrinin yaydığı informasiyalardan məlum oldu ki, ermənilər Tovuz istiqamətində gedən döyüşlər zamanı 100-ə yaxın itki verib. Həmçinin bir o qədər də əsgəri xəsarət alıb.  Yəni Ermənistanın istər siyasi, istərsə də hərbi rəhbərliyi yalan danışmağa, ictimaiyyəti aldatmağa adətkar olub. Bu baxımdan Stepanyanın da Ermənistan ordusunda iyul ayı ərzində cəmi 30 nəfərin koronavirusa yoluxması barədə açıqlaması cəmiyyəti sakitləşdirməkdən başqa bir şey deyil. Çünki hələ aprel-may aylarında Ermənistanda fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatları bəyan etmişdi ki, işğalçı ölkənin ordusunda kütləvi şəkildə koronavirusa yoluxma halları qeydə alınıb.  Bu günlərdə baş nazir Nikol Paşinyanın tapşırığı əsasında ordu sistemində ciddi şəkildə yoxlamalara başlanmasının da əsas səbəblərindən biri məhz hərbi sahədə ciddi təhdid yaradan COVİD-19 infeksiyasıdır. Belə ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində hərbi sahədə həyata keçirilməli vacib olan tədbirlər, atılmalı addımların heç bir ötən müddət ərzində reallaşmayıb. Əsgərlərin gigiyenik təhlükəsizliyinin təmin olunması, onların ərzaqla təmin edilməsində daha ciddi tədbirlərin atılması istiqamətində müvafiq tapşırıq verilsə də, lakin konkret heç bir addım atılmayıb. Ona görə də Ermənistan ordusunda kütləvi şəkildə koronavirusa yoluxma halı qeydə alınıb.

Bu arada başqa bir məlumatda qeyd edilir ki, erməni analar övladlarını hərbi xidmətdən yayındırmaq üçün bilərəkdən koronavirusa yoluxdururlar. Belə hesab edilir ki,  övladlarının ön xəttə, Qarabağda ölməsindən evdə koronavirusdan müalicə alması daha məqbuldur. Qeyri-rəsmi məlumatlara görə, Şuşan Stepanyanın açıqladığı 30 nəfər çağırışçının virusa yoluxması faktı əslində 300-500 arasındadır.  Bu da qeyd etdiyimiz kimi erməni anaların öz övladlarını hərbi xidmətdən yayındırmaq  üçün xislətlərinə uyğun olan gedişləridir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31