Azərbaycanlı Kanadalılar Şəbəkəsi erməni təxribatlarını pisləyir

Azərbaycanlı Kanadalılar Şəbəkəsi erməni təxribatlarını pisləyir

Avqustun 2-ə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində bir qrup erməni icmasına mənsub olan şəxslər tərəfindən hücuma məruz qalıblar. Ermənilər iki azərbaycanlıya hücum edib və öz avtomobilləri ilə azərbaycanlıların avtomobillərini əziblər. "OLAYLAR" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir soydaşımız ayağından yaralanıb və ona təcili tibbi yardım göstərilib. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olublar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulub. Toronto şəhər polisi cinayət baş verən əraziyə çağrılıb və hal-hazırda hadisəni araşdırmaqdadır. Azərbaycanlı Kanadalılar Şəbəkəsi bu hadisəni kəskin şəkildə pisləyir və bu hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir, eyni zamanda icma üzvlərini sakitliyə və təxribatlara uymamağa dəvət edir. Gələcəkdə bu cür hadisələr baş verərsə mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Məlumatda qeyd edilir ki, Azərbaycanlı icma üzvlərinə qarşı bu təxribat iyul ayının 12-14-də Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi hücumdan sonra baş verməsi xüsusi narahatlıq yaradır. Dövlətlər arasında yaşanan gərginliklərin xaricdə yaşayan diaspor üzvlərinə qarşı bu cür hərəkətlər vasitəsilə daha da alovlandırılması qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31