"Diasporamızın yaxşı gələcəyi vardır”-Musa Qasımlı, millət vəkili- ÖZƏL

" Tovuz döyüşlərində Ermənistanın başına təkcə hərb meydanında, təkcə diplomatik- siyasi sahədə deyil, eyni zamanda diaspora fəaliyyətində də ağır zərbə vuruldu. Bəs bu, necə oldu? Heç kəsə sirr deyil ki, kriminal yollarla əldə etdikləri maliyyə vəsaitləri hesabına qurduqları təşkilatları, kütləvi- informasiya vasitələri yolu ilə özlərinin əzabkeş obrazını yaradan ermənilər 200 ilə yaxındır dünyanı aldadır, bizə qarşı iftira dolu təbliğat aparırlar. " Bu  sözləri  Olaylar.az  saytına  özəl  açıqlamasında  millət  vəkili Musa  Qasımlı  deyib: "Etiraf edək ki, bu məsələdə biz geridə olmuşduq. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Diaspora Komitəsi qurulduqdan sonra xeyli işlər görüldü. Cənab Prezidentimiz İlham Əliyev " hücum diplomatiyası" taktikasını müəyyənləşdirdikdən sonra ciddi işlər görüldü və nəticəsi də göz önündədir. Azərbaycan diasporası mütəşəkkil bir şəkildə xaricdəki erməni təxribatının qarşısını aldı, səfirliklərimizi, nümayəndəliklərimizi qoruyaraq " güclü erməni diasporası" mifini darmadağın etdi və ayaqlar altına atdı. Erməni özünün qarşısında yenicə təşkilatlanan, lakin ondan bilik, bacarıq, qüvvə sarıdan üstün olan mütəşəkkil Azərbaycan diasporasını gördü. Azərbaycan diasporası erməninin maskasını cırıb atdı, terrorçu, vəhşi simasını bütün dünyaya göstərdi. Bu isə Ermənistandakı böhranı dərinləşdirdi. Diaspora işləri ilə məşğul olan ermənilərin vəzifələrindən qovulmasını 2016-cı ilin aprel döyüşlərindən sonra qovulan erməni generallarının vəziyyəti ilə müqayisə etsək, hər şey aydın olar. Bu, bir daha göstərir ki, erməni bütün sahələrdə bizimlə təkbətək qaldıqda zəifdir, Azərbaycan onu əzib zibil qutusuna atar. Ancaq diaspora sahəsində görüləsi işlər hələ çoxdur. İlk növbədə, xaricdəki azərbaycanlılar mili- mənəvi köklərindən qopmadan yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olmalıdırlar.İkincisi, geniş maliyyə imkanları əldə edilməli, xarici ölkələrdə geniş kütləvi informasiya vasitələri qurulmalıdır. İndiki kimi güclü dövlətimizin olduğu bir şəraitdə biz hər şeyə qadirik. Diasporamızın yaxşı gələcəyi vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31