Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
31 İyul 2020 10:21 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlərim!
Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31